Yaponiya alimləri ilk dəfə Daun sindromlu insanlardan əlavə xromosom çıxarıblar

Yaponiya alimləri ilk dəfə Daun sindromlu insanlardan əlavə xromosom çıxarıblar

29 İyul 12:26
Bəyəndim (3) Bəyənmədim (0)


Yaponiyada Mie Universitetinin alimləri ilk dəfə olaraq Daun sindromlu insanların hüceyrələrindən əlavə xromosom çıxarıblar. Bu barədə “Vietnam.vn” saytı məlumat yayıb.
Təcrübə zamanı CRISPR-Cas9 gen redaktə alətindən istifadə edilib. Onun köməyi ilə sindroma səbəb olan 21-ci xromosom çıxarılıb. Hüceyrələrin normal fəaliyyətini bərpa etməkdə müvəffəqiyyət ehtimalı 37,5 faizə qədərdir. Prosedurdan sonra hüceyrələrin əsas göstəriciləri normala qayıdır.
Əhəmiyyətlidir ki, bu üsul həm bölünən, həm də bölünməyən hüceyrələr üçün effektiv oldu, bu da 21-ci triosomiyanın yalnız embrionun inkişafı dövründə deyil, həm də artıq formalaşmış toxumalarda da korreksiya olunması üçün imkanlar açır.
Tədqiqat müəllifləri qeyd edirlər ki, işlənib hazırlanmış texnologiya gələcəkdə Daun sindromunun yeni müalicə üsulları üçün əsas ola bilər. Əməliyyat zamanı digər xromosomların zədələnməsi riski səbəbindən üsul hələlik tibbi praktikaya tətbiq edilməyəcək. Bununla belə, onun klinikada tətbiqi üçün optimallaşdırma və təhlükəsizliyin diqqətlə yoxlanılması üzrə əlavə araşdırmalar tələb olunacaq.
Almaz Həsənli