Populyar içki beyin və bağırsaq üçün faydalı oldu
Vrotslav Ətraf Mühit və Həyat Elmləri Universitetinin alimləri matça – yapon yaşıl çay tozu haqqında məlumatları təhlil edərək, bu içkinin orqanizm üçün geniş spektrdə faydalı təsirlərə malik ola biləcəyi qənaətinə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqat "Nutrients" jurnalında dərc olunub.
Matça xüsusi yetişdirmə üsulu ilə fərqlənir: yığım ərəfəsində çay kollarının üzəri kölgəyə alınır, bunun sayəsində yarpaqlarda daha çox xlorofil, L-teanin, kofein və antioksidantlar toplanır. Bundan sonra yarpaqlar diqqətlə emal edilir və toz halına gətirilir ki, bu da bioloji aktiv maddələrin qorunmasına kömək edir.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, matçada olan katexinlər və polifenollar qan şəkərinin səviyyəsinə, yağ mübadiləsinə, bədən kütləsinə və bağırsaq mikroflorasının vəziyyətinə müsbət təsir göstərə bilər. Həmçinin, tədqiqatçılar içkinin beyin fəaliyyəti, sinir sistemi və hətta potensial anti-tumor fəaliyyəti üçün mümkün faydaları haqqında məlumatlar aşkar ediblər.
Alimlər xüsusilə yaşıl çayın əsas antioksidantlarından biri olan EGCG maddəsinə diqqət yetiriblər. Əvvəlki tədqiqatlara görə, bu maddə iltihab və oksidativ stresslə mübarizəyə kömək edir. Bundan əlavə, matçanın tərkibindəki L-teanin rahatlamağa və konsentrasiyanı yaxşılaşdırmağa kömək edə bilər.
Almaz Həsənli






















































.png)













.jpg)

























