Alimlər atmosferi ola biləcək qayalı planet aşkar ediblər

Alimlər atmosferi ola biləcək qayalı planet aşkar ediblər

12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Astronomlar helium ifraz edən bir planet aşkar ediblər ki, bu da planetdə atmosferin və isti okeanların mövcudluğuna işarə edə bilər. Oxuməni. az xəbər verir ki, bu barədə "Science" jurnalı məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, qayalı ekzoplanet LHS 1140b-nin atmosferi dövri olaraq helium ifraz edir. Bu, digər uçucu maddələrin daha aşağı yüksəkliklərdə saxlanıldığı anlamına gələ bilər ki, bu da öz növbəsində atmosfer quruluşu modellərinə uyğundur.

"Science" həmçinin qeyd edir ki, ekzoplanetin atmosferinin aşağı qatlarında Yer kürəsində olduğu kimi azot və karbon qazı kimi digər qazlar da ola bilər. Əgər onlar istixana effekti yaradırsa, o zaman səthdə isti suyu olan okean mövcud ola bilər.

LHS 1140b Yerdən 49 işıq ili məsafədə yerləşir və Balina bürcündəki LHS 1140 qırmızı cırtdan ulduz sistemində dövr edir.

İyulun əvvəlində "The Astrophysical Journal" (AstroJournal) jurnalında dərc olunan məqalədə bildirilirdi ki, Yerə ən yaxın olan və öz ulduzunun potensial yaşayış zonasında yerləşən super-Yer əvvəllər düşünüləndən xeyli yüngül çıxıb. Bu isə o deməkdir ki, o, astronomların təxmin etdiyindən daha çox bizim planetimizə bənzəyir.

Tədqiqatın obyekti Günəşdən cəmi 25 işıq ili məsafədə — kosmik miqyasda "qonşuluqda" yerləşən GJ 3378 qırmızı cırtdan ulduzu ətrafında dövr edən GJ 3378b ekzoplaneti olub.

Almaz Həsənli