ChatGPT bioloji silah yaratmağı öyrədib
2025-ci ilin yayında baş verən yenilənmədən sonra ChatGPT dünyanın hər yerindəki istifadəçilərə bioloji silah və zəhərlərin yaradılması və tətbiqi ilə bağlı təlimatlar verib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Ekspertlər müəyyən ediblər ki, şirkətin modelləri istifadəçilərin istənilən sualına cavab verərək, addım-addım təlimatlar təqdim edib. OpenAI əməkdaşları bu təlimatları biologiya öyrənən bir məktəblinin belə yerinə yetirə biləcəyi qədər sadə kimi xarakterizə ediblər. Bununla belə, çat-botun cavablarını təhlil edən bioloqlar onları dəqiq adlandırıblar.
Şirkət silah və zəhərlərin yaradılması ilə bağlı suallar verən istifadəçilərin hesablarını bloklasa da, bu, hüquq-mühafizə orqanlarını narahat etməyib. Belə ki, ABŞ-da süni intellekt şirkətlərini silah yaratmaq və ya təhlükəsizliyə təhdid yaradan planların hazırlanması ilə bağlı sorğuları məhdudlaşdırmağa və ya açıqlamağa məcbur edən federal qanunlar yoxdur.
2026-cı ilin əvvəlində istifadəçilər kütləvi şəkildə ChatGPT-dən ölümcül duman yaratmaq üçün patogen mikroorqanizmləri necə yaymağı soruşublar. Çat-bot bu barədə də təlimatlar verib.
Almaz Həsənli






























































































