Sabirabadda qazi, Salyanda qadın, Goranboyda isə 54 yaşlı kişi - İntihar etdi

Sabirabadda qazi, Salyanda qadın, Goranboyda isə 54 yaşlı kişi - İntihar etdi

11 İyul 2022 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadın Qalaqayın kənd sakini olan 45 yaşlı Vətən müharibəsi müharibəsi qazisi, "Mauqli" ləqəbli XTQ-çi Elvin Cəfərov Sabirabad RİH-nin önündə özünə od vuraraq yandırıb.

Oxuməni.az xəbər verir ki, intihara cəhd edən Elvin Cəfərov onunla maraqlanmadıqları, iş vermədikləri, lazım olan müalicələri etmədiklərindən gileylənirdi.

Elvin Cəfərov təcili olaraq ağır vəziyyətdə Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Məlumatı qazinin qardaşı, idmançı Elnur Cəfərov verib.

***

Salyanda qadın özünü yandırıb.

Hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1962-ci il təvəllüdlü Əsədova Mədinə Hənifə qızı özünü ocağa ataraq yandırıb.

Ağır vəziyyətdə olan 60 yaşlı qadın paytaxt xəstəxanadına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda isə 54 yaşlı kişi kəsici ailətlə özünə ciddi xəsarət yetirib.

Hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1968-ci il təvəllüdlü Ş.Sadıqov qarın nahiyəsindən kəsici ailətlə özünə ağır xəsarət yetirib.

O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.