Putin Ukraynada 9 May tarixinə atəşkəsə hazır olduğunu elan edib

Putin Ukraynada 9 May tarixinə atəşkəsə hazır olduğunu elan edib

11:56
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp ilə çərşənbə günü baş tutan telefon danışığı zamanı, Moskvada 9 May Qələbə Günü münasibətilə Ukraynada növbəti müvəqqəti atəşkəs elan etməyə hazır olduğunu bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti Putinin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən məlumat yayıb.
Danışıqlar Rusiya təşəbbüsü ilə baş tutub, bir saatdan çox davam edib və Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, "dostluq, açıq və işgüzar" şəkildə keçib.
Donald Tramp jurnalistlərə Oval Kabinetdə Putinlə söhbətini təsdiqləyib. "Yaxşı danışdıq, onu uzun zamandır tanıyıram", - deyə o bildirib. ABŞ prezidentinin sözlərinə görə, məhz o, Rusiya liderinə Ukraynadakı müharibədə "kiçik bir atəşkəs" təklif edib. "Düşünürəm ki, o, buna razı ola bilər", - deyə Tramp əlavə edib. Onun sözlərinə görə, danışıqlar əsasən Ukrayna münaqişəsinə həsr olunub.
Tramp həmçinin bildirib ki, Putin İran nüvə proqramı ətrafındakı vəziyyətin həllinə kömək etməyə hazır olduğunu bildirib, lakin ABŞ prezidenti cavab verib: "Mən istərdim ki, siz Ukraynadakı müharibəni dayandırmağa diqqət yetirəsiniz. Mən dedim - mənə kömək etməzdən əvvəl, mən sizin müharibənizi dayandırmaq istəyirəm."
Putin və Tramp arasında əvvəlki telefon danışığı 28 dekabr 2025-ci ildə baş tutub.
9 May üçün atəşkəs təklifi, aprelin əvvəlində Putin tərəfindən elan edilən "Pasxa atəşkəsi" sxemini təkrarlayır: o zaman Rusiya ordusu rəsmi olaraq 11 aprel saat 16:00-dan 12 aprel axşamına qədər atəşkəs elan etmişdi, lakin hər iki tərəf bir-birini minlərlə pozuntuda ittiham etmişdi.
Almaz Həsənli