Tramp kök görünməmək üçün bronjilet geyinməkdən imtina edir

Tramp kök görünməmək üçün bronjilet geyinməkdən imtina edir

12:53
Bəyəndim (1) Bəyənmədim (0)

Amerika prezidenti Donald Tramp sui-qəsd cəhdlərinə baxmayaraq bronjilet geyinməkdən imtina etdiyini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Fox News” məlumat verib.

Amerika prezidenti bronjilet geyinməyin onu kök göstərə biləcəyindən qorxur.

Tramp jurnalistlərə bu barədə verilən suala cavab olaraq bildirib: "20 funt daha ağır görünsəydim, buna dözə biləcəyimi bilmirəm."

Tramp ötən həftə sonu daha bir sui-qəsd cəhdindən sağ çıxdı. 25 apreldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunun keçirildiyi Vaşinqton Hilton Otelində silahlı insident baş verdi. Amerika lideri və tədbirdə iştirak edən bütün administrasiya rəsmiləri təxliyə edildi və hücum edən şəxs saxlanılıb.

Almaz Həsənli