Azərbaycanın Aİ ilə əməkdaşlıq etməsinə Rusiya qısqanclıqla yanaşmamalıdır
“Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə yüksək səviyyəli əməkdaşlığı, Aİ-nin müxtəlif səviyyələrdə Azərbaycanla razılığa gəlməsi, əməkdaşlığa çağırışlar sözsüz ki, Rusiyanı narahat edən məsələlərdir. Təbii ki, Azərbaycan müstəqil siyasət aparır və heç kim qadağan edə bilməz ki, kimlə əməkdaşlıq et, kimlə əlaqə yarat, ya da yaratma və s. Müstəqil dövlətin özünə xas olan xarici siyasəti var. Azərbaycanın da Aİ ilə əməkdaşlıq etməsinə heç kim qısqanclıqla yanaşmamalıdır”.
Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov son zamanlar regionda müşahidə olunan diplomatik trafik haqqında danışarkən Teleqraf.com-a açıqlamasında deyib.
Deputat əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlığı, həm Azərbaycanda, həm də Avropada aparılan müzakirələr, qarşılıqlı səfərlər və s qısqanclıqla qarşılanmamalıdır:
“Təbii ki, belə əlaqələr qısqanclıqla qarşılananda Rusiyanın hərbi sahəsinə rəhbərlik edən şəxslərin vaxtaşırı Ermənistana səfərləri və bu zaman sərhəddə və ölkəmizin ərazisində yaranan gərginliklərlə özünü göstərir. Bunlar aydın məsələlərdir. Odur ki, biz hər zaman birlikdə, güclü olmalıyıq və hər şeyə də hazır olmalıyıq. Əslində ən yaxşı müdafiə hücumdur. Biz müharibə istəmirik, amma daima müharibəyə hazır olmalıyıq. Belə vəziyyət də var”.
Elman Məmmədov xatırladıb ki, biz elə murdar cəmiyyətlə qonşu olmuşuq ki, tarix boyu ehtiyatı əldən qoymamalıyıq:
“Bu qonşu tarix boyu müstəqil olmayıb, müstəqil siyasət aparmayıb, kənardan idarə edilib. Bu gün də elədir. Rus ordusu Ermənistandadır. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini rus ordusu mühafizə edir. Biz də öz təhlükəsizliyimizi təmin etməliyik və edirik də”.





































.jpg)


















































