“Ehtiyada olan xüsusi təyinatlılar təlimə çağırılıb” - Rauf Arifoğlu
"Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu maraqlı iddialarla çıxış edib.
Özünün rəhbəri olduğu TV Müsavat-da canlı yayıma çıxan Rauf Arifoğlu Naxçıvan sərhədinin bağlanmasını şərh edərək bildirib ki, sərhədlər təkcə koronavirusa görə bağlanmayıb:
“Koronavirusla bağlı yuoluxma 3000-ə çatsa da bundan sonra pandemiya səbəbindən sərhədlər bağlana bilməz. Mən düşünürəm ki, sərhədlərin bağlanması tək koronavirusla bağlı deyil, həm də gündəmdə olan hərbi əməliyyatlarla bağlıdır. Bildiyiniz kimi Azərbaycan 30 ildən sonra Laçın dəhlizini geri alır. Dəhliz boyu erməni kəndləri boşaldılacaq, Dəhlizdə yarana biləcək hər hansı təxribatın qarşısını almaq üçün hərbi əməliyyatlar aparıla bilər. Təhvil-təslim vaxtı ermənilər total təxribata da əl ata bilər. Ona görə də, Azərbaycan Ordusu bir nömrəli hazırlıq vəziyyətə gətirilib və məndə olan məlumata görə, məzuniyyətdə olan və xidmətini başa vurmuş Xüsusi Təyinatlı ordunun üzvləri və hətta xidmətdə olanlar iş yerindən təcili götürülərək hərbi hissələrə aparılaraq təlimlərə cəlb edilib, hazırda da təlimlər gedir.”
R. Arifoğlu həmçinin Milli Məclisdə boş qalan yerlər üçün keçirilməli olan seçkilərə də toxunaraq bildirib ki, seçkilərin keçiriləcəyi real görünmür:
"Hazırda hökümətin bütün diqqəti Qarabağa yönəlib, Laçın dəhlizi üzərində aparılan işlər və digər bölgələrdə görülən daha vacib işlərə görə hökümət parlamentdə boş qalan yerlər uğrunda seçki keçirib parlamenti bütünləşdirə bilmir və yaxın gələcəkdə də bunun olması real görünmür."
Oxuməni.az





































.jpg)


















































