Xırdalanda "Bayraq yürüşü" keçirilib (VİDEO)

Xırdalanda "Bayraq yürüşü" keçirilib (VİDEO)

8 Noyabr 2019 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalanda 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə orkestrlərin müşayiəti ilə "Bayraq yürüşü" keçirilib.

Oxumeni.az-ın məlumatına görə, aksiya Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Yürüş Heydər Əliyev prospektindən Heydər Əliyev parkınacan uzanan yolda keçirilib.

Aksiyanın keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)