ABŞ-da güclü qar nəticəsində yüzlərlə reys təxirə salınıb

ABŞ-da güclü qar nəticəsində yüzlərlə reys təxirə salınıb

14 Noyabr 2019 16:20
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-a qış vaxtından əvvəl gəlib. Noyabrın 12-də Orta Qərb ştatları rayonunun məruz qaldığı Arktika siklonu havanın kəskin pisləşməsinə gətirib çıxarıb. Bir neçə ştatda və böyük şəhərlərdə, o cümlədən Çikaqoda güclü qar yağıb. Orta Qərb ştatlarından keçən soyuq hava cəbhəsi yerini şimal-şərq istiqamətində dəyişib.

Oxumeni.az xəbər verir ki, Vaşinqton, Boston və Nyu-Yorkda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Havanın pisləşməsi yol hərəkətinə təsir göstərib. Miçiqan ştatında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində üç nəfər həlak olub. Ohayo ştatının I-80 şosesində 16 avtomobilin toqquşması nəticəsində 21 yaşlı qız həlak olub. Qəzalara yollarda görünüşün aşağı səviyyədə olması səbəb olub.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, noyabrın 14-də havanın temperaturu kəskin yüksəlməyə başlayacaq və Selsi ilə 10-15 dərəcəyə çatacaq. Həftənin birinci yarısında hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Çikaqo şəhərinin O`Xara Beynəlxalq Aeroportunda 1200-dən çox reys təxirə salınıb. Bütövlükdə ölkə aeroportlarında 5400-dən çox reys ləngiyib. Ölkənin şimal-şərq rayonlarındakı məktəblərin çoxunda dərslər təxirə salınıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)