Ukraynada Qolodomor qurbanlarının xatirəsi anılır
Ukraynada 1932-1933-cü illər Qolodomor qurbanlarının xatirəsi anılır.
Oxumeni.az xəbər verir ki, şənbə günündən etibarən matəm tədbirləri təşkil olunacaq.
Noyabrın 23-də “Qolodomor qurbanları Memorial” Milli Muzeyinin ərazisində dövlət qurumlarının, ictimai-siyasi xadimlərin, xaricdən gələn rəsmilərin iştirakı ilə matəm tədbiri keçiriləcək. Bu gün Kiyevin ərazisində Ukraynanın dövlət bayraqları endirilib. Yerli vaxtla saat 16:00-da Qolodomor qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Ukrayna ərazisində “Şamı yandır” aksiyasına start veriləcək. “Reytinq” Sosioloji Qrupunun apardığı rəy sorğusuna əsasən əhalinin 73 faizi Qolodomor qurbanlarının xatirəsinə şam yandıracaqlarını açıqlayıb. Matəm tədbirləri ilə bağlı Kiyevin bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, Qolodomor hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Bəzi mənbələrə görə, Qolodomor qurbanları 7-10 milyon nəfər olub.
2006-cı ildən Ali Rada Qolodomor hadisələrini ukraynalılara qarşı soyqırımı aktı kimi tanıyıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)




































































.jpg)

.jpg)

















