Moskva məhkəməsi 9 terrorçunu həbs etdi

Moskva məhkəməsi 9 terrorçunu həbs etdi

5 Dekabr 2019 11:20
Bəyəndim (1) Bəyənmədim (0)

Moskvanın Meşanski Rayon Məhkəməsi terror təşkilatının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 9 nəfəri həbs edib.

Oxumeni.az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məhkəmənin mətbuat xidməti məlumatı təsdiqləyib.

İşdə təqsirləndirilənlərin hamısının MDB ölkələrinin vətəndaşları olduğu bildirilir. Onların arasında yalnız kişilər deyil, bir qadın da var. Müstəntiqlərin bildirdiyinə görə, tutulanlar “Hizb ut-Təhrir” beynəlxalq terror təşkilatının üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az