Serbiyada məktəbli avtobusu qatarla toqquşub

Serbiyada məktəbli avtobusu qatarla toqquşub

15 Dekabr 2019 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub.
Oxumeni.az xəbər verir ki, toqquşma zamanı 3 nəfər həlak olub, 22-si ağır yaralanıb.
Yerli polisin məlumatına əsasən, hadisə səhər saat 06:30-da Niş şəhəri yaxınlığında baş verib. Qatar məktəb avtobusuna dəyərək onu iki yerə parçalayıb. Xəstəxanaya yerləşdirilən 22 yaralının 21-i uşaqdır. Həkimlərin qənaətinə görə, yaralılardan 6-sının vəziyyəti ağırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az