Gürcüstanda tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq

Gürcüstanda tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq

15 Dekabr 2019 09:28
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanda yanvarın 1-dən etibarən tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq.
Oxumeni.az xəbər verir ki, mövcud qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda kafe, restoran, kinoteatr, digər bina və ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır. Yanvar ayından etibarən bu siyahıya idman meydançaları və böyük stadionlar da əlavə olunacaq.
Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az