Su basmış mədəndə qalan şaxtaçılar 86 saatdan sonra xilas ediliblər
Çinin Siçuan vilayətində kömür mədənini su basması nəticəsində yer altında köməksiz vəziyyətdə qalmış 13 şaxtaçı 86 saatlıq əməliyyatdan sonra xilas ediliblər.
Oxumeni.az vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Qonsian qəsəbəsi ərazisində baş verən bədbəxt hadisədən sonra əraziyə xeyli sayda xilasedici cəlb olunub. Onlar bir neçə gün ərzində nasoslardan istifadə etməklə mədənə yığılmış suyu boşaldıb, çıxılmaz vəziyyətdə qalan şaxtaçıların yerini müəyyən ediblər. Dekabrın 18-i yerli vaxtla saat 5:55-də ilk şaxtaçı xilas olunub. Ardınca digərləri də çıxarılaraq xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək dekabrın 14-də baş vermiş hadisə nəticəsində 5 şaxtaçı ölmüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az









































.jpg)

.jpg)











































