Latviya Albaniyada zəlzələdən zərər çəkmiş əhaliyə 70 min avro yardım ayırıb
Latviyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Latviya dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə Albaniyaya 70 min avro yardım ayırıb.
Oxumeni.az xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, maliyyə vəsaiti “Gözlənilməz hadisələr üçün vəsaitlər” dövlət büdcəsi proqramından ayrılıb. Bu vəsait Albaniya Maliyyə və İqtisadiyyat Nazirliyinə ölkə əhalisinin zəruri ehtiyaclarını ödəmək və zəlzələdən sonra bərpa prosesi səylərinə dəstək üçün ödənilib.
Xatırladaq ki, noyabrın 26-da Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 50 nəfər dünyasını dəyişib, yüzlərlə insan yaralanıb, minlərlə insan isə evsiz qalıb. Təbii fəlakət ölkə infrastrukturuna böyük ziyan vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az









































.jpg)

.jpg)











































