Parisdə hər gün 700 uşaq küçələrdə gecələyir
Dünyanın 6-cı iqtisadi gücü olan, uşaq hüquqları üzrə beynəlxalq konvensiyanı imzalayan Fransanın paytaxtı Parisdə hər axşam 700 uşaq küçələrdə gecələyir. Ölkədə qadınların və uşaqların vəziyyəti getdikcə daha da pisləşir.
Oxumeni.az xəbər verir ki, bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb.
Həmrəylik aktorları üzrə Federasiya, Abbe-Pierre Fondu, “UNİCEF France” və sair kimi qurumlar ölkədə minlərlə uşağın küçələrdə və ya çox acınacaqlı vəziyyətdə olan sığınacaqlarda yaşaması ilə bağlı həyəcan təbili çalıb.
Fransada sığınacaq çatışmamazlığı səbəbindən 221 mindən çox insanın küçələrdə gecələdiyi qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər









































.jpg)

.jpg)











































