Rusiya Təhqiqat Komitəsi Moskvadakı atışma ilə bağlı rəsmi məlumat yayıb

Rusiya Təhqiqat Komitəsi Moskvadakı atışma ilə bağlı rəsmi məlumat yayıb

20 Dekabr 2019 12:11
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Təhqiqat Komitəsi dekabrın 19-da Moskvada baş vermiş atışma ilə bağlı rəsmi məlumat yayıb.

Oxumeni.az xəbər verir ki, məlumatda naməlum şəxsin Moskvanın mərkəzində, Bolşaya Lyubyanka küçəsindəki 12 nömrəli evin yaxınlığında insanlara atəş açdığı bildirilir.

Qeyd olunur ki, hadisə nəticəsində Rusiya Federal Təhlükəsizlik Bürosunun (FTB) bir əməkdaşı həlak olub, beş nəfər, o cümlədən bir mülki şəxs və FTB-nin dörd işçisi yaralanıb.

Hadisəni törədən şəxs zərərsizləşdirilib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az