1500 nəfər Ermənistan qaçqını Prezidentə müraciət etdi

1500 nəfər Ermənistan qaçqını Prezidentə müraciət etdi

1 Mart 2021 15:58
Bəyəndim (0) Bəyənmədim (1)

Ermənistandan qaçqın düşən 1500 nəfər Prezident İlham Əliyevə müraciət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov məlumat verib. O bildirib ki, Qarabağa qayıtmaq istəyənlərin siyahısı bu gün Prezident Adminstrasiyasına təqdim edilib:

"Bu gün birliyə müraciət etmiş, Ermənistan qaçqını kateqoriyasına aid olan 1500 (min beş yüz) ailə başçısının adlarının yer aldığı növbəti siyahımızı Prezident Adminstrasiyasına təqdim etdik. Həmin vətəndaşlar bu gün işğaldan azad olunmuş Dağlıq Qarabağın Hadrut, Suqovuşan, Xocavənd, Şuşa rayonları ərazilərində məskunlaşmaq istəyində olduqlarını bildiriblər".

Oxuməni.az