Orbanın sülh missiyası iflasa uğrayıb
Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna-Rusiya münaqişəsini sülh yolu ilə həll etmək üçün Kiyevə, Moskvaya və Pekinə səfərləri ciddi nəticə verməyib.
Orban “sülh missiyası” ilə iyulun 2-də Kiyevə səfər edib və orada səlahiyyət müddəti mayın 20-də başa çatan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Macarıstanlı siyasətçi münaqişənin həlli planı təklif edib, Zelenski bundan imtina edib.
Daha sonra iyulun 5-də Macarıstan hökumətinin başçısı və nümayəndə heyəti Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Onlar bir çox aktual beynəlxalq problemləri, o cümlədən Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər. Baş nazirin Rusiyaya səfəri avropalı siyasətçilər arasında tənqidə səbəb olub. Bundan başqa, Ağ Ev də onun Putinlə görüşündən narahatlığını bildirib.
Bazar ertəsi, iyulun 8-də baş nazir Orban Çin prezidenti Si Cinpin ilə görüşüb. O, Çinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsas güc olduğunu vurğulayıb. Onun sözlərinə görə, böhranın müzakirəsi Çin liderinin Budapeştə səfərindən iki ay sonra baş tutan danışıqların əsas mövzusu olub.
Bununla belə Orban Çin rəhbərliyini münaqişənin həlli ilə bağlı Risiyaya və Ukraynaya təzyiqlər edilməsinin vacibliyinə inandıra bilməyib.
Oxuməni.az