Gürcüstanda bir neçə sayt kiberhücumlara məruz qalıb

Gürcüstanda bir neçə sayt kiberhücumlara məruz qalıb

28 Oktyabr 2019 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 28-də Gürcüstanın Prezident Administrasiyasının www.president.gov.ge saytı da daxil olmaqla bir neçə sayt kiberhücumlara məruz qalıb.

Oxumeni.az xəbər verir ki, www.president.gov.ge saytında sabiq prezident Mixeil Saakaşvilinin fotosu və “Mən qayıdacağam” sözləri yerləşdirilib.

Hazırda sayta giriş mümkün deyil.

Bundan sonra Batumi və Kutaisi şəhər məhkəmələrinin rəsmi court.ge internet saytı haker hücumuna məruz qalıb. Bu saytlarda da eyni məzmunlu yazı və foto yerləşdirilib.

Günün ikinci yarısında daha bir neçə informasiya portalı və qəzet saytına da kiberhücumlar olub.

Hazırda Batumi və Kutaisi şəhər məhkəmələrinin, eləcə də portalların saytları bərpa olunub və işlək vəziyyətə gətirilib. Lakin Prezident Administrasiyasının saytı hələ ki, işlək vəziyyətdə deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)