“Askanews” agentliyi Azərbaycan-İtaliya münasibətləri ilə bağlı müsahibə yayıb

“Askanews” agentliyi Azərbaycan-İtaliya münasibətləri ilə bağlı müsahibə yayıb

9 Dekabr 2019 12:46
Bəyəndim (1) Bəyənmədim (0)

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Askanews” xəbər agentliyinə Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin müsahibəsini yayıb.

Oxumeni.az xəbər verir ki, müsahibədə diplomat 2019-cu ildə Azərbaycan-İtaliya münasibətlərinin yekunları barədə danışıb, qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələrdən, mədəniyyət sahəsində həyata keçirilən mübadilələr və tədbirlərdən, habelə gələn il üçün planlardan söhbət açıb.

Diplomat ölkələrimiz arasında iqtisadi sahədə, xüsusilə də enerji sektorunda geniş əməkdaşlığın aparıldığını, 2018-ci ildəki kimi, 2019-cu ildə də İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ixrac məntəqəsi olduğunu, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısı kimi qaldığını deyib.

Cari ilin TAP layihəsinin İtaliya hissəsinin tikintisinin davam etdirilməsi və bu xüsusda, son icazələrin də alınması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən səfir gələn il qaz kəmərinin istifadəyə verilməsi ilə ölkəmizin İtaliyanın ən böyük enerji təchizatçısına çevriləcəyinə əmin olduğunu deyib. Habelə gələn il keçirilməsi planlaşdırılan Azərbaycan-İtaliya biznes forumunun iki ölkə arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinə də töhfə verəcəyini söyləyib.

Gələn il üçün mədəniyyət sahəsində planlardan söhbət açan diplomat 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyəti İli” elan olunduğunu bildirib. Mədəniyyət ili çərçivəsində Azərbaycanın mədəni irsinin İtaliyada təbliği məqsədilə bu ölkənin müxtəlif şəhərlərində çoxsaylı tədbirlərin keçiriləcəyinin planlaşdırıldığını qeyd edib.

Agentlik Azərbaycan səfiri ilə müsahibəni həm video, həm də yazılı formada yayıb. Müsahibə İtaliyanın çoxsaylı aparıcı kütləvi informasiya vasitələrinin də marağına səbəb olub. Belə ki, müsahibə “İl Sole24 Ore”, “İl Tempo”, “Corriere”, “Quotidiano”, “MSN”, “Libero Quotidiano”, “Yahoo Notizie”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Virgilio” və sair mətbu orqanları tərəfindən də dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az