Putin Lujkovla belə vidalaşdı

Putin Lujkovla belə vidalaşdı

12 Dekabr 2019 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 10-da dünyasını dəyişən Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimi keçirilib.

Oxumeni.az xəbər verir ki, Xilaskar Xristos məbədində keçirilən mərasimi Moskva və Bütün Rusiyanın patriarxı Kirill idarə edib.

18 il Moskvaya rəhbərlik etmiş Lujkovla vidalaşmağa Rusiya Prezidenti Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Moskvanın hazırkı meri Sergey Sobyanin, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin daxil olmaqla bir çox rəsmi şəxs gedib.

O, Novodeviçi qəbiristanlığında, sovet yazıçısı və şairi Sergey Mixalkovun məzarının yanında dəfn olunub.

Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada ürəyində aparılan əməliyyat nəticəsində dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az