Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub

Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub

12 Dekabr 2019 21:44
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

Oxumeni.az xəbər verir ki, tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra iştirakçılar həmin parkda görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət ediblər.

Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilən tədbirdə çıxış edən səfir Eldar Həsənov ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil respublikamızın Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar edilməsində, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin, mədəniyyətinin inkişafında göstərdiyi əvəzsiz xidmətlər barədə danışıb. Vurğulanıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Anım mərasimində iştirak edən Serbiya Müftiliyinin nümayəndəsi Ümummilli Liderin ruhuna dualar oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az