Xalq artistinə şok ittiham: Toy sahiblərini aldadıb-Video

Xalq artistinə şok ittiham: Toy sahiblərini aldadıb-Video

6 May 2021 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

“Eşitdiyimə görə, Səməd Səmədov bəzi toylara gedərkən mənim yerimə başqa qız aparıb, mənim disklərimdən istifadə edib. Fikirləşib ki, orada məni tanımayacaqlar...”

Oxuməni.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı deyib. ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan müğənni Xalq artisti Səməd Səmədovun onun adından istifadə edərək toy sahiblərini aldatdığını iddia edib:

“Toylara yerimə başqa qız aparıb, mənim disklərimdən istifadə edib. Fikirləşib ki, orada məni tanımayacaqlar. Həmin yeni müğənni öyrənənə qədər bəzi toyları “yola veriblər”. Biz Səməd müəllimlə 15 il duet oxuduq, amma sonra bəzi söz-söhbətlər olduğuna görə ayrıldıq. Deyildi ki, guya prodüser qalmaqal yaradıb. Düşünüblər Sevda artıq yaşlandığı üçün cavan bir kadr götürmək lazımdır ki, nə isə yenilik etsinlər. Amma hələ ki, yenilik görmürəm”.

Həmin görüntüləri tqədim edirik: