Şeyma Subaşı milyarder sevgilisindən ayrıldı - Şok iddia

Şeyma Subaşı milyarder sevgilisindən ayrıldı - Şok iddia

25 İyun 2021 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun müddətdir misirli sevgilisi ilə gündəmdə olan bloger Şeyma Subaşı bu dəfə ayrılıq xəbəri ilə müzakirələrə səbəb olub.

Oxuməni.az xəbər verir ki, ötən gün körpəsinin öldüyünü deyən Subaşı dostları ilə İbiza adasında istirahət edərkən kameralara yaxalanıb.

Onun misirli milyarder sevgilisinin yanında olmaması və barmağına nişan üzüyünü taxmaması gözdən qaçmayıb.

Xatırladaq ki, Ş.Subaşı nişanlısından hamilə qaldığını və stresdən körpəsini itirdiyini yazmışdı.

Sosial şəbəkə istifadəçiləri isə onun sevgilisindən ayrıldığını və uşağı abort etdirdiyini iddia ediblər.