Hollivud ulduzuna qarşı yeni ittihamlar irəli sürülüb

Hollivud ulduzuna qarşı yeni ittihamlar irəli sürülüb

5 Mart 2023 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham olunur.

Oxuməni.az xəbər verir ki, bu dəfə aktyor barəsində çəkiliş heyətinin üzvləri iddia qaldırıb. Onların sözlərinə görə, Alek atəş açarkən yanında olublar və bu səbəbdən narahatlıq və travmadan sonra yaranan stres pozğunluğundan əziyyət çəkirlər.

Şikayətçilər kinematoqraf Ross Addieqon, geyim dizayneri Doran Kertin və rejissor Riz Praysdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.

Aktyor Hilariya adlı xanımla evlidir və onun 8 övladı var. axşam.az