"Həmin aparıcıya pərəstiş edirdim, "canavar" çıxdı"

"Həmin aparıcıya pərəstiş edirdim, "canavar" çıxdı"

6 May 2023 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Hamımız əlimizdən gələni etdik ki, tamaşaçı, müğənni efirdən qaçsın. Sanki bunun üçün çox çalışdıq. Kimin üçünsə reytinq hər şey deməkdir: bu efirdə, instaqramda, digər sosial şəbəkələrdə ola bilər. Ancaq adı hallansın istəyir. Mən isə düşünürəm ki, nə qədər çox görünüb, danışıramsa yaxşı deyil. Canlı açım oturum? Axı mən digərinə baxanda qıcıq yaradır. Adam deyir ki, bezdim".

Oxuməni.az xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva "Özəl" proqramında qonaq olarkən deyib. Aparıcı tamaşaçıların televiziyanı izləməməsindən, sosial şəbəkədə məşhur olanlardan danışıb:

"Çoxları bu zəncirin qurbanı oldu. Bir dövr bitdi, digəri başladı. Bu dövr isə sponsor, pul, bazar iqtisadiyyatı oldu. Əgər sənin maddi durumun buna imkan vermirsə, veriliş edib pul qazana bilmirdin. İndi bu da ələnir... Mən reytinqə getmədim".

Kamilə bir vaxtlar çox sevdiyi və ona qarşı pis davranan aparıcı ilə bağlı xatirəsini bölüşüb:

"Gənc vaxtımda bir aparıcı var idi, Azərbaycan Televiziyasında parlayırdı. İndi efirdən uzaqlaşıb. İllərlə baxıb, pərəstiş edirdim. İşbirliyində isə tamam başqa bir insan çıxdı qarşıma. Qarşıma sanki bir canavar çıxdı. İş elə gətirir ki, həyatımın müəyyən hissəsində həmin aparıcı başımın üstündədir və çox şey tələb edir. Tələbi də nə idi: divarda yazıçılar, şairlərin şəkilləri asılıb. Dəftəri verib ki, bioqrafiyalarını yaz. Axı, mən başqa bir şey gözləyirəm, başqa insanı sevirəm. Sən isə mənə heç nə öyrətmirsən". Axşam.az