Elton anasından danışıb kövrəldi: "Yaxşı övlad olmamışam"

Elton anasından danışıb kövrəldi: "Yaxşı övlad olmamışam"

13 May 2023 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Elton Hüseynəliyev "Həmin Zaur" verilişində qonaq olub.

Proqramda həmkarı Elxan Şirinovun "Anam yadıma düşəndə" mahnısını eşidən sənətçi kövrəlib. Martda vəfat edən anasından danışan müğənni yaxşı övlad olmadığını dilə gətirib:

"Haqq dünyasına hamımız qovuşacağıq. Bütün uğurlarım anamın dəstəyi idi. Allah hər şeyi ona görə mənə verib. Ailədə 3 uşaq idik. Bacım bir yaşında dünyasını dəyişib. Qardaşım Elçin isə məndən 3 yaş balacadır. Uğurlarımla anamı sevindirməyə çalışmışam. Hər bir şey o niyyətlə olanda Allah da uğur verir. Fikirləşirəm ki, yaxşı övlad olmamışam. Kaş ki, olardım. Çatdırıb edə bilmədiyim şeylər var idi".

Qeyd edək ki, sənətçinin anası Şura xanım xərçəng xəstəliyindən əziyyət çəkirdi.