"Həyatda çox şey yaşamış birinin söhbətidir" - Aygün

"Həyatda çox şey yaşamış birinin söhbətidir" - Aygün

8 Yanvar 2018 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Aygün Kazımova yaradıcılıq yeniliklərindən danışıb.

Müğənni "ATV maqazin onlarla"ya açıqlamasında bildirib ki, yaxın günlərdə albom təqdim edəcək:

"Çox maraqlı layihələrim və mahnılarım var. Bir də albom hazırlanır".

A.Kazımova ötən il işıq üzü görən "Sus" mahnısından söz açıb:

"Mahnının sözləri o qədər maraqlıdır ki... Bu, güclü bir insanın həyatla dialoqudur. Həyatda çox şeylər yaşamış, hər şeyə meydan sulayacaq bir adamın həyatla söhbətidir".Axşam.az