Azərbaycanlı müğənni ərindən boşandı - VİDEO

Azərbaycanlı müğənni ərindən boşandı - VİDEO

12 Mart 2018 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

ARB TV-nin "Boş anlar" verilişinin qonağı olan müğənni Şəhla Həmidova maraqlı açıqlamalar verib.

O, yoldaşından xəyanət üzündən ayrıldığını bildirib:

"Ona çox dözdüm. Məndən borc istədi, mən də qohumlarımdan alıb verdim. İşlərini qaydasına qoyub qaytaracağını bildirdi. Sonra o pulun da axırına çıxdı. Az qalmışdı ki, mənim də axırıma çıxsın. Dava-dalaşı keçmək olardı, amma sonradan qulağıma gəldi ki, mənə xəyanət edir. Buna görə də boşandım".