"Sənəti yoxdur, amma sponsorları çoxdur" - Cabbar Musayev özündən çıxdı - VİDEO

"Sənəti yoxdur, amma sponsorları çoxdur" - Cabbar Musayev özündən çıxdı - VİDEO

6 Avqust 2018 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bəstəkar, müğənni Cabbar Musayev "ATV maqazin onlarla" verilişinə müsahibə verib.
Sənətkar danışdıqları ilə yeri yerindən oynadıb:

"Xəbər çıxır ki, filan müğənni... Heç olmasa yaz ki, filan oxuyan. Görün, biz hansı səviyyəyə gəlib çıxmışıq. Oxuya bilməyənlərin bəxti onda gətirir ki, çox insanların musiqi duyumu yoxdur. Heç indiyədək eşitmisiniz ki, hansısa oxuya bilən bir müğənninin sponsoru olsun. 10 dənə sponsoru hazırdır. Fikirləşir ki, klipi hansına çəkdirim. Sənət yoxdur, amma sponsorları çoxdur. Artıq dözə bilmirəm, dilə gəlirəm".

Qeyd edək ki, müğənni sözügedən ifadələri səsləndirdiyi zaman süjetdə Şəbnəm Tovuzlu, Üzeyir Mehdizadə, Damla və Talıb Talenin şəkilləri göstərilib. C. Musayevin sözləri onlardan məhz hansına aid olması bəlli deyil. (baku.vvs)