“Bəlkə, çirkin şou qalmaqallarına ara verək?!”

“Bəlkə, çirkin şou qalmaqallarına ara verək?!”

28 Mart 2019 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Bəlkə, heç olmazsa, bu gün bitib -tükənməyən boş, çirkin şou qalmaqallarına ara verək?!"

Bu sözləri məşhur aparıcı Nərgiz Cəlilova instaqram səhifəsində yazıb. O, sosial şəbəkədə ötən gün şəhid düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləzin fotosunu paylaşaraq belə şərh yazıb: "İstərəm ki, sosıal şəbəkələrdə bu xəbər, bu şəkil daha çox paylaşılsın və qalan bütün şou xəbələrini, lazımsız video və xoşagəlməz söhbətləri üstələsin! Allah şəhidlərimizə rəhmət eləsin".(qafqazinfo)