"Amerikada öz evimin sahibi oldum" — Elariz

"Amerikada öz evimin sahibi oldum" — Elariz

1 Aprel 2019 18:24
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Elariz Məmmədoğlu uzun illərdir Amerikaya köçən dicey Aynur Talıbovanın "Youtube" layihəsinin qonağı olub.

"Ölkə.Az" Axşam.az-a istinadən məlumatına görə, ifaçı "Greencard" udmasından bəhs edib. Elariz bildirib ki, həyat yoldaşı və qızı ondan xəbərsiz belə addım atıb:

"Üç övladım var, onlar ingilis dillidirlər. Qazancımın yarısını uşaqlarımın təhsilinə yatırmışam. Qızım Ülviyyə və anası 6 il əvvək "Greencard"a müraciət ediblər. Hər ilin mayında zəng vururdular ki, qazanmadınız, yenidən oynamaq istəyirsiz? Biz də oynayırdıq və 2017-ci ildə qazandıq. Həyəncanlandım, evdə tək idim, əsməyə başladım. Dilim topuq vurdu. Üstündən 5 dəqiqə sonra jurnalistlər mənə zəng vurmağa başladılar".

Məmmədoğlu Amerikada çalışdığı restorandan bəhs edib. O bildirib ki, gözləmədiyi anda restoran rəhbərliyi ona zəng vurub və iş təklif edib. Elariz bildirib ki, kartı qızı udsa da, o, Amerikaya həyat yoldaşı ilə birlikdə gedib:

"Uzun müddət düşündüm, birdən-birə qərar vermədim. Elə hiss etdim ki, Amerikada məni kimsə gözləyir. Dostlarım da var burada, hər gün yazırdılar ki, gəl. Övladlarımı gətirə bilməmişəm. Çünki böyük övladımın 31, ikincinin 29, sonuncunun isə 26 yaşı var. Özümlə birgə gətirmək üçün 18 yaşları olmalı idi. İndi xanımımla birgə Amerikaya gəlmişəm.

Kimsə deyir, Amerikaya gəldim, amma bəyənmirsə, bu, gülməli hadisədir. Çox yazırlar ki, bizdə gəlmək istəyirik, necə edək? Deyirəm, müraciət edin, qismətdə varsa, gələcəksiniz.

Dostlarımın, repçi Elmirin (Keçmiş "Dəyirman" qrupunun solisti) köməkliyi ilə öz evimin sahibi oldum. Onların xanımları qab-qaşıq göndərdilər, evi yaşayacaq hala gətirdilər. İki aya yaxındır ki, Amerikadayam".