Avropa Amerikanın paytaxtıdır - Şəbnəm Tovuzlu

Avropa Amerikanın paytaxtıdır - Şəbnəm Tovuzlu

17 Aprel 2019 08:58
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişinin qonağı olub.

İfaçıya dörd variantda cavab vermək şərtilə suallar ünvanlanılıb.

Əvvəlcə xalq artisti Faiq Ağayevin dörd mahnısının adını çəkməsi istənilən Şəbnəm yalnız "Sən gəlməz oldun"un yaddaşında olduğunu deyib.

Tovuzludan daha sonra Avropada dörd ölkənin adının çəkilməsi tələb olunub. Bu zaman o suala belə cavab verib:

"Bu yaxınlarda Dubayda olmuşdum. Ora Avropa olmasa da, oraya yaxındır. Amerikada olmamışam. Rusiyanın bütün şəhərlərini gəzmişəm. Amerikanın özü, İtaliyanı deyə bilərəm. Yəni, Amerikanın – paytaxtını tanıyırıq da. Getməmişəm, bilmirəm".Unikal