Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

16 Sentyabr 2019 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur azərbaycanlı rəssam, Azərbaycanın Xalq artisti, bir sıra opera və balet əsərlərinin qəhrəmanları üçün quruluş və eskizlərin müəllifi Tahir Tahirov vəfat edib.

Oxumeni.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında ölüb.

Tahir Tahirov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Azərbaycan Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı və Rus Dram Teatrında bədii rəhbər kimi müxtəlif tamaşalarda iştirak edib. Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu dizayner kimi də çalışıb.

O, “Sevil”, “Min bir gecə”, “Nizami”, “La Traviata”, “Romeo və Cülyetta”, “Don Kixot” və bu kimi opera və balet əsərlərinin personajları üçün səhnə dizaynı və geyim dəstləri yaradıb.

Tahirov 2002-ci ildə "Əməkdar artist", 2013-cü ildə isə "Xalq artisti" adına layiq görülüb.

Oxumeni.az