Əməkdar artist Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə

Əməkdar artist Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə

17 Sentyabr 2019 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəm-qüssə mənim vəzir-vəkilimdir. Hərəsi bir tərəfimdə əyləşib. Sevinə, gülə bilmirəm. Qəh-qəhəm, sevincim onla getdi. Dünya gözümdə bir qarışqadır. Nəfəs alıram, yaşamıram".

Oxumeni.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan "Bizimləsən" verilişində deyib. Oğlunu itirəndən sonra ilk dəfə efirə çıxan müğənni kədərli günlərindən danışıb:

"Fələyin zərbəsi bizə qəfil dəydi. Səhnəni də, oğlumu da itirdim. İkisiylə də yaşayırdım. Hərdən elə bilirəm yaşayır, hardansa mənə baxır. Oğlum oxumağımı sevirdi. Çox zarafatçıl idi, heç kimin xətrinə dəyməzdi".

Oxumeni.az