Gülay Zeynallının həyat yoldaşından şok etiraf: “Beş il...”

Gülay Zeynallının həyat yoldaşından şok etiraf: “Beş il...”

18 Sentyabr 2019 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur ifaçı Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallının etirafı təəccüb doğurub.

Oxumeni.az xəbər verir ki, Kamil Zeynallı “İnstagram”da bu sözləri yazıb:

“Orta məktəbdə beş il sinifdə qalmışam. Beş ildə beş dəfə son zəng görmüşəm. Sinif yoldaşlarım institutu bitirəndə mən 11-ci sinifi bitirdim. Bir çox sinif yoldaşlarım əsgərliyə gedib gəlmişdi, mən hələ orta məktəbdə oxuyurdum. Hər kəsin 11 ilə bitirdiyi məktəbi mən 16 ilə oxudum”.

Qeyd edək ki, Kamil Zeynallı ilə Gülay Zeynallının Sahilə adlı bir qızı var.

Oxumeni.az