Aktyorluq təhsili olmayan, uşaqlarla “varlanan” 85 yaşlı Sofi Loren... - Video

Aktyorluq təhsili olmayan, uşaqlarla “varlanan” 85 yaşlı Sofi Loren... - Video

21 Sentyabr 2019 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə milyonların sevimlisi, italyan aktrisası Sofi Lorenin 85 yaşı tamam oldu. O, karyerası boyu çoxu klassikaya çevrilmiş yüzdən artıq filmdə rol alıb. Üstəlik, Loren səksən filmdə özünü canlandırıb – bu, qadının kinematoqrafiya ikonu kimi qəbul edilməsinə sübut deyilmi? Artistin həyatı isə ictimai tədbirlərsiz ötüşmür, harada ki, onlar jurnalistlərlə rastlaşır. Məhz elə onların materiallarından biz Sofinin əsas deyimlərini toplamışıq.

Oxumeni.az sizə Sofi Lorenin ayrı-ayrı müsahibələrində səsləndirdiyi fikirlərini təqdim edir:

Uşaqlarla “varlanan” insan

“Mənim ailəm daim kasıb yaşayıb, amma bizim bir yerə toplaşmağımız, o birlik hissi mənə özümü varlı hiss etməyə imkan verirdi”, – Loren amerikalı jurnalistin sualına cavab verir. Uzun müddət övlad dünyaya gətirə bilmirdi – iki hamiləlik uşaq düşməsi ilə nəticələnirdi. Ancaq çox illər sonra Sofinin iki gözəl oğlu dünyaya gəldi. “Mənim üçün əsl var-dövlət – səni əhatə edən möhkəm, belə demək olarsa, beton ailəyə sahib olmaqdır. Bunu uşaqlarıma da öyrətməyə çalışıram. Ailə - bizim balaca şəxsi dünyamızdır”, - aktrisa fikrini yekunlaşdırır.

Kinoda ilk debütü

Gənclik illərində qız ailəsi ilə Romada yaşayırdı. Maddi vəsait sadə ehtiyacların ödənilməsinə belə yetmirdi. O, stasionar telefondan zəng etmək üçün o vaxt artıq məşhur olan “Çiniçetta” kinostudiyasına gedirdi, harada ki, bunu ödənişsiz etmək olardı. Günlərin bir günü Sofi oraya anası ilə bərabər “Quo Vadis” filmi üçün dublyaj aktyor və aktrisaların axtarılması elanı ilə bağlı getdi. Onun məqsədi bir az pul qazanmaq idi. Amerikalı rejissor Mervin Leroy qızı bütün camaatın içindən seçib əlinin işarəsi ilə yanına çağırdı. Sofi Lorenin ingilis dilində bir söz belə başa düşməməsi səbəbindən, anası olan istənilən suala “Yes” (“Bəli”) deyərək cavab verməsini tapşırmışdı. Yalnız yarım saat danışdıqdan sonra Leroy Lorenin dili bilmədiyini başa düşdü. Rolu ifa etmək üçün ingilis dilini bilmək lazım olsa da, Sofini istisna kimi çəkilişlərə götürdülər…

ABŞ, yoxsa İtaliya?

Dili bilmədiyindən iş zamanı yaşadığı çətinliklərə baxmayaraq, Loren həyatının həmin dönəmini təbəssümlə xatırlayır: “Bu, mənim üçün məktəbdə oxumağa bərabər idi, axı mənim o vaxt cəmi 21-22 yaşım var idi”. Amerikalılarla əməkdaşlıq etdiyi vaxtda, daim həmkarlarını müşahidə edən qız təkcə sıfırdan ingilis dilini öyrənməyə yox, həm də onların təcrübəsinə yiyələnməyə müvəffəq oldu. Məhz əzmli müşahidə ona aktyor oyununu öyrənməyə kömək etdi, halbuki, onun bu üzrə təhsili belə olmayıb. Tezliklə Hollivuda köçən aktrisa, vətəninə həmişə sevinclə qayıdırdı: “İtaliyada oynadığım personajlar mənə yaxındır... Və mən düşünürəm ki, bu rolları var gücümlə oynayıram”.

Aktyor peşəsinin dəyəri

“Aktyorluq mənim üçün yüngülləşmək hissinə, emosiyaları boşaltmağa bərabərdir. Bu, elə şeydir ki, bunsuz həyatımı təsəvvür etmirəm”. Jurnalistin Lorenin 8-9 yaşlarında gözəl həyat arzulayıb-arzulamaması ilə bağlı sualına aktrisa qürurla cavab verir: “Məni heç vaxt dəbdəbə cəlb etməyib. Mən balaca şəhərdə böyümüşəm və həmişə məşhur olmağı arzulamışam - şəxsiyyət olub həyatda nəyəsə nail olmaq. Həmin vaxt ağlıma gələn və gücüm çatacaq yeganə yol - aktrisa olmaq idi”.

Oxumeni.az