Azərbaycanlı müğənnidən Almaniyada keçirilən yarışmada inanılmaz ifa - VİDEO

Azərbaycanlı müğənnidən Almaniyada keçirilən yarışmada inanılmaz ifa - VİDEO

27 Sentyabr 2019 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Seyran İsmayılov özünü Almaniyanın məşhur “The Voice” müsabiqəsində sınayıb.

Oxumeni.az xəbər verir ki, Seyran İsmayılov müsabiqədə yüksək performansı ilə diqqətləri öz üzərinə toplayıb.

O, çıxışı üçün Mustafa Sandalın “Aya benzer” mahnısını seçib. 4 münsifi özünə çevirə bilən Seyran azərbaycanlı olduğunu, lakin Almaniyada yaşadığını qeyd edib. O, daha sonra Azərbaycanın məşhur "Sənə də qalmaz" mahnısını səsləndirib. Pianoda isə Seyranı anası müşayiət edib.

Qeyd edək ki, Seyran bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak etmişdi.

Oxumeni.az