Məşhur müğənni Mark Entoninin yaxtası yanıb + Video

Məşhur müğənni Mark Entoninin yaxtası yanıb + Video

20 Dekabr 2019 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Mayamidə məşhur amerikalı müğənni Mark Entoninin yaxtası yanğında məhv olub.

Oxumeni.az-ın məlumatına görə, 40 metr uzunluğu olan yaxta dekabrın 18-də yanıb. Yanğından əmələ gələn tüstü hətta şəhərin mərkəzindən görünüb.

Müğənninin nümayəndəsi M. Entoninin xaricdə olmasını deyib. Yanğın zamanı göyərtədə olan iki nəfər yaxtanı tərk edib və xəsarət alan olmayıb.

Yanğının səbəbləri açıqlanmayıb.

Məlumata görə, yaxtanın qiymətinin 7 milyon dollar olduğu, göyərtəsində 12 nəfərlik çarpayı yerləri və 5 kayut olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az