"Pandemiyadan əvvəl hər gün toya gedirdim, pul qazanırdım"

"Pandemiyadan əvvəl hər gün toya gedirdim, pul qazanırdım"

18 Yanvar 2021 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Pandemiya başlayandan əhvalım yoxdur. Pul düşkünü olmamışam. Pul hamıya lazımdır, amma gərək onun qızdırmasına dözəsən. Allah hamıya qədərində pul versin. Heç vaxt deməmişəm ki, Allah, mənə pul çox ver. Demişəm, qədərində, övladıma və özümə lazım olacaq dərəcədə pulum olsun".

Oxuməni.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" proqramında deyib. Məsələ ilə bağlı axsam.az yazır ki, müğənni pandemiyadan bəhs edib. O bildirib ki, koronovirusdan əvvəl hər gün toya gedib:

"Allah bizi azad yaradıb. İndi ağzımız bağlanıb, evdə oturmuşuq. Allah deyir ki, bəndəm, sənə vaxt vermişəm, düşün. Bəlkə insanlar düzələ. Pandemiyadan əvvəl hər gün toya gedirdim, pul qazanırdım. Toydan çıxan kimi marketə qaçırdım, pendirin 5 cürəsini, çörəyin 10 növünü alırdım. Bu gün toy yoxdur, amma yenə çörək var, çünki vaxtında savab işlər görmüşəm. Amma bundan sonra toy görmürəm. Çalışacağam ki, başqa sahədə pul qazanacam. O qədər gənclər var ki, gedib toylarda oxuyarlar. Mən toylarda hər zaman canlı oxuyurdum".