Xalq artisti: "Məni sevən məmur qızına adımı qoyub, həyat yoldaşı ilə görüşdüm.." - VİDEO

Xalq artisti: "Məni sevən məmur qızına adımı qoyub, həyat yoldaşı ilə görüşdüm.." - VİDEO

22 Yanvar 2021 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Könül Xasıyeva “Onun sirri” verilişində etirafı ilə diqqət çəkib.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, Könül Xasıyeva aparıcının “İllər öncə bir bəy sizi sevib. Hətta övladına da sizin adınızı qoyub. Siz onun sevgisindən xəbərdar idiniz?” sualına belə cavab verib:

“Bəli, belə bir hadisə olub. Hətta o qədər sevirmiş ki, övladına mənim adımı da qoyub. Məmur idi, vaxtsız dünyasını dəyişdi. Vəfat edəndə vəsiyyət edib ki, məzar daşına ifa etdiyim “Gecələr” mahnısının misralarından yazılsın. Mənə bunu həyat yoldaşı dedi. Biz onun həyat yoldaşı ilə təsadüfən görüşdük, o özü mənə yaxınlaşdı. Görüşdük, şəkil çəkdirdik. Dedi, həyat yoldaşım da sizi çox istəyirdi. Rəhmətə gedib, qızımızın adı da Könüldür. Biz onun vəsiyyətini yerinə yetirdik, məzarını ziyarət etdik.

Çox təsirləmdim. Əlbəttə, bu cür sevgi hər insana qismət olmur”.

Oxuməni.az videogörüntüləri təqdim edir: