Nazpəri Dostəliyeva: “Müğənniyəm deyə, mənimlə heç kim evlənə bilməz?“

Nazpəri Dostəliyeva: “Müğənniyəm deyə, mənimlə heç kim evlənə bilməz?“

1 Fevral 2021 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Haqsızlıqlarla üzləşdim, televiziyalardan uzaqlaşdım. Susdum, bilirsiz niyə? Mənə deyirdilər, niyə susursan, özünü müdafiə etmirsən? Nədən, kimdən, hansı qorxacaq işimdən özümü müdafiə edim? Mənəvi əziyyətim maddi əziyyətdən çox oldu".

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "MTV özəl"də qonaq olarkən deyib. Müğənni efirlərdən uzaq qalmasından bəhs edib. Dostəliyeva övladlarından danışıb. İfaçı bir müddət əvvəl açıqladığı "Oğluma müğənni qız almaram" fikrini təkzib edib:

"Bəlkə bu sözü övladlarım subay olanda demişəm, düzdür yadıma gəlmir. Amma fakt varsa, demək ağzımdan çıxıb. Övladlarım evlənmək istəyəndə, seçimlərinə qarışmamışam. Demişəm, seçdikləri qıza baxıb, bir də sınaqdan keçirəcəyəm. Görüm necə övlad böyütmüşəm: yaxşı, ya pis. Heç demərəm ki, oğluma müğənni qız almaram. Məndən sonra da bu sözü dedilər, yaxşı qarşılanmadı. Özüm müğənniyəm, mənimlə heç kim evlənə bilməz? Bu nə deməkdir? Hansı sənətin sahibi olursa olsun tərbiyəsi, əxlaqı, mənəviyyatı olsun. Belə gəlin hansı ocağa düşsə, o ev xoşbəxtdir. Hətta oğlum Əkbərin təkidi ilə sənətə gəlmişəm".

Oxuməni.az