“Space” telekanalı “Planet Parni iz Baku”ya olan borcunu 9 ildir ödəmir

“Space” telekanalı “Planet Parni iz Baku”ya olan borcunu 9 ildir ödəmir

12 Fevral 2021 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

“Space” telekanalının “Planet Parni iz Baku”ya düz 9 ildir borcu var. Bunu Vaqif Mustafayev də gözəl bilirdi”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov Yenisabah.az-a açıqlamasında deyib.

Sənətçi telekanalın borcu olduğunu qəbul etsə də, illərdir bu pulu ödəməkdən imtina etdiyini deyib:

“Bu yaxınlarda kanalın icraçı direktoru Kamil Şahverdiyevlə də əlaqə saxladım. Bildirdim ki, kanala yeni rəhbər gələrsə, zəhmət olmasa, ona da çatdırın ki, “Space”in “Planet Parni iz Baku”ya borcu var. Kanal öz boynuna borcun olduğunu götürür, sadəcə ödəmirlər. Hətta iş o yerə çatdı, mən belə bir zarafat da etdim ki, əgər önümüzdəki bir ildə də borcu ödəməsəniz, gələn il “Space” telekanalının bizim komandaya olan borcunun 10 illik yubileyini qeyd edəcəyik. İnşallah o vaxta kimi zallar, konsert salonları da açılar və biz bu münasibətlə təntənəli konsert təşkil edərik. 10 illik yubileyə müğənni dostlarımızı da çağırarıq təmənnasız gəlib iştirak edərlər”.

T.İmanov “Space”in “Bakılı oğlanlar”a olan borcunun miqdarını açıqlamaq istəməyib:

“Borcun miqdarını açıqlamaq istəmirəm. Bizim aramızda centlmen razılaşması var. Mediadan da xahiş edirəm ki, məbləği işıqlandırmasınlar. Amma borc var, özü də külli miqdardadır. Mənim üçün o məbləğ olduqca böyükdür. İndi görək yeni rəhbərlik nə edəcək. Bütün ümidlərimiz onadır”.

Qeyd edək ki, 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullarla “Bir kəndin sevinci” serialını çəkən telekanal aktyorların pulunu bu günə kimi ödəməyib.