“Özümdən 10 yaş kiçik uşaqla şəkil çəkdirdim, ərim mənimlə dalaşdı“

“Özümdən 10 yaş kiçik uşaqla şəkil çəkdirdim, ərim mənimlə dalaşdı“

15 Mart 2021 11:48
Bəyəndim (9) Bəyənmədim (0)

Əməkdar artist Rühəngiz Allahverdiyeva şəxsi həyatı ilə bağlı bəzi sirləri açıb.

Oxuməni.az xəbər verir ki, müğənni bu barədə "Həmin Zaur" proqramında danışıb. O, "Sənətlə ailə həyatı bir gedir? Sizin həyat yoldaşınız istəməyib müğənni olasınız" sözlərinə belə cavab verib:

"Hansı kişi istəyir? Kim istəyər ki, xanımı evə gecə 12-də gəlsin? Anlayışlı, sənəti anlayan kişi başa düşər. Bəzən olar ki, müğənnidən xoşu gələr, sənətini sevər evlənər. Onda qəbul edirlər. Amma heç evlənməsən yaxşıdır.

Ailə gözəldir, amma evdə oturub, mətbəxdə işini görəsən. Səhnədə oxuyursan, kiminsə xoşu gəlir. Bunu hansı kişi götürər? Evimizdə dava olmayıb, amma həyat yoldaşım kiminləsə şəkil çəkdirməyə qoymayıb. Bir dəfə 10 yaşında uşaqla şəkil çəkdirdim, dalaşdı. Deyir, o da böyüyüb kişi olacaq".

Oxuməni.az