“Ayə, çəkilin, Bəşir gəlir!“ qalmaqal yaratdı - “Hörmətsizlik nümunəsidir“- Video

“Ayə, çəkilin, Bəşir gəlir!“ qalmaqal yaratdı - “Hörmətsizlik nümunəsidir“- Video

31 Mart 2021 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər sosial şəbəkələrdə trend olan “Ayə, çəkilin Bəşir gəlir” meyxanası qalmaqal yaradıb.

Belə ki, meyxanaya çəkilən klip bəzi şou nümayəndələrinin qınağına səbəb olub.

Oxuməni.az xəbər verir ki, bu haqda paylaşım edən prodüser Tarix Əliyev (Tolik) mərhum meyxanaçı Vüqar Biləcərinin qafiyəsinin “remix” formada ifa edilməsinə sərt reaksiya verib.

O, "Bu gün bilmişəm ki, "Çəkilin, Bəşir gəlir" meyxanasının müəllifi gənc yaşda böyük hörmət qazanan, mərhum söz ustadı Vüqar Biləcəridir. Eyni zamanda bir sənətkara ediləcək ən böyük hörmətsizlik nümunəsi olan görüntüləri də izlədim. Ailəsi belə bir klipin çəkilişinə "halallıq" veribsə, bu Vüqara və onun sənətinə sayğısızlıqdır" – deyə məsələyə şərh verib.

Həmin görüntüləri təqdim edirik: