Xalq artistləri arasında “anana yiyə dur!” qalmaqalının sonu

Xalq artistləri arasında “anana yiyə dur!” qalmaqalının sonu

5 Aprel 2021 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Həmişə Flora xanımı və qızını çox istəmişəm və gözüm üstə yeri olub. Mənim bir açıqlamamdan inciyib”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan həmkarı Xalq artisti Flora Kərimova barədə deyib.

“ATV maqazin onlarla” pöroqramının qonağı olan Röya korifey sənətkarlarla aralarındakı incikliyin davam etmədiyini deyib:

“Mənim bir açıqlamamdan inciyib. Əslində, pis qəlblə demədim. Müraciət elədim, çünki qızının toy mərasimində sevərək iştirak etmişdim. Zümrüddən xahiş etdim ki, bəlkə Flora xanımla o, danışsa problem düzələcək. Heç anlamdım ki, problem haradan gəldi. Məsələ düzəldi və çox sevindim. Onun da ömrü uzun olsun, bizə lazımdır".

Xatırladaq ki, Röyanın Flora Kərimovanın qızına “Anana yiyə dur” – deməsi tərəflər arasında qalmaqala səbəb olmuşdu.