Zaur əsəbləşdi: “Qızlarımıza sahib çıxmalıyıq“

Zaur əsəbləşdi: “Qızlarımıza sahib çıxmalıyıq“

8 Aprel 2021 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Aparıcı Zaur Baxşəliyev qadın-kişi münasibətlərindən bəhs edib.

Oxuməni.az xəbər verir ki, o, "Bizimləsən" proqramında qadına zorakılıqdan söz açıb. Kişilərə səslənən Zaur xanımlarına sahib çıxmalarını deyib:

"Bacı anlayışı mənim üçün başqadır. Kim nə deyir, necə düşünür özü bilər. Övladlarınıza, bacılarınıza sahiblənin. Qadını sahiblənən, arxasında duran olsa, düşünər ki, arxamda qardaşım var. Qız evdən çıxanda "kəfənlik geyinirsən" demək olmaz. Kim razı olar ki, ağzında dilin kimi böyüdüb, el adəti ilə iki maşın cehizlə ərə verdiyinə getdiyi evdə əziyyət verələr? Əsir gətirmisən?

Ən böyük problemimiz odur ki, qadın haqda "aldı gətirdi" sözünü deyirik. Kimdənsə soruşurlar filankəsi alacaqsan?Ən yanlış cümləmizdir. Puldur, bazardır, mağazadır? Evlənəcəksən, ailə quracaqsan, həyat quracaqsan... Evə bir qadın gəlir. Kişi qadın olmadan uşaq doğa bilər? Necə yəni aldım gətirdim? Ailə qurdum, evləndim, bərabər ömür-gün yoldaşı tapdıq. "Aldım" sözündən başlayıb bəlamız.

Övladlarımıza, qızlarımıza sahib çıxmalıyıq. Evə tozsoran gətiririk? Kişi deməz, xanım,gedək parkda gəzək. Gedib hansısa dostla domino oynayıb, boş-boş vaxt keçirirsən, aparıb arvadını gəzə bilmirsən. Hamımızın anası qadındır".